Menu

ABŞ-da supermarketdə atışma olub, ölən və yaralananlar var

15.05.2022, 00:06
ABŞ-da supermarketdə atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub. "Report" xəbər verir ki, bu barədə "BNO News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, azı 9 nəfər başından güllə yarası alıb. İki yaralının mağazanın qarşısında öldüyü, digərlərinin bölgə xəstəxanasına aparıldığı bildirilir.

Atəş açan şəxsin yaralandığı güman edilir. Onun saxlanılıb-saxlanılmaması ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol