Gürcüstan azərbaycanlı turistlərdən 23 milyon dollar gəlir əldə edib

Bu ilin aprel ayında Gürcüstanın beynəlxalq ziyarətçilərdən əldə etdiyi gəlirin məbləği 188,6 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.

Sənədə əsasən, həcm illik müqayisədə təxminən 4 dəfə çoxdur.

Hesabat ayında qonşu ölkənin əldə etdiyi gəlirin 6,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. Yanvar-apreldə isə Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.

Apreldə Gürcüstana ən çox gəlir gətirən ölkələrin ilk üçlüyünə Avropa İttifaqı ölkələri (20,8 milyon ABŞ dolları), Ukrayna (19,5 milyon ABŞ dolları) və Türkiyə (15 milyon ABŞ dolları) daxil olub.

635x100

Şərhlər

Turoperator 2022-05-16 21:05:19

Turizm agentliyinin sədri fuad nağıyev və yaxın adamı sədr müavini təyin etdirdiyi azadə hüseynova bəlkə bu xəbəri oxuyub qeyrətə gələrlər. Şaha qalxarlar. İşləri gücləri orda burda yalandan tədbir seminar iclas festival keçirərək göz boyamaqdır. Əməli heç bir faydaları yoxdur. Onlardan yaxşı para çıxar ikisi ölkə ölkə gəzib qlobalist turist olsunlar. Dövlətə yük olan türizm agentliyinə hələ də tonlarla büdcə ayırmaq görəsən kimin dəyirmanına xeyir verir? Bugünkü dünyadakı ümumi vəziyyəti nəzərə alsaq, pozitif yanaşsaq, hələ 10 ilə turizm düzələr ya yox. Rusiya avropaya atom atarsa Gıobal Turizm eror verəcək. Gəlin özümüzü aldatmayaq!

Son yazılar