Menu

İranla sərhəddə minlərlə adam gözləyir -VİDEO

09.11.2013, 14:18
İranla sərhəddə minlərlə adam gözləyir -VİDEO

Sərhəddə yaranmış problem hələ də aradan qaldırılmayıb. Artıq 3 gündür ki, Culfa və Biləsuvar keçid məntəqələrində İran tərəfə keçmək mümkün deyil. ANS-in bölgə müxbirinin verdiyi xəbərə görə, hazırda Biləsuvar sərhəd buraxılış məntəqəsi bağlı olaraq qalır.

“Üç gündür ki, İran tərəfindən bağlanmış sərhəd buraxılış məntəqəsi dünən bir neçə saatlıq piyadalar üçün açılsa da 15.30 radələrindən sərhəd yenidən bağlanıb. Hazırda Azərbaycan tərəfdən açıq olan Biləsuvar sərhəd keçid məntəqəsi İran tərəfdən bağlı olaraq qalır".

Son məlumatlara görə, indi İran tərəfdə Azərbaycana keçmək istəyənlərin sayı 1000-dən artıqdır. Eləcə də orda 200-dən çox avtomobil sərhəddi keçmək üçün gözləyir. Azərbaycan tərəfdə də qarşı tərəfə keçmək istəyən xeyli sayda vətəndaş və avtomobillərin növbəsi yaranıb. Hazırda burda 300-dən çox yük avtomobiliunin növbəsi var və bu sayı hər artmaqda davam edir.

Məlumata görə, bu gün İran tərəfi ilə bu məsələnin həlli ilə bağlı müəyyən görüşün keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol