Menu

Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verib

16.05.2022, 21:04
Ramiz Göyüşov Əli Əliyevi məhkəməyə verib

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verilib.

APA xəbər verir ki, Əli Əliyev barəsində şikayət verən Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovdur.

Xüsusi ittihamçı VİP sədrinin onun şəxsiyyətini alçaldan ifadə işlətdiyini iddia edib. Əli Əliyevin Cinayət Məcəlləsinin 148-ci( təhqir) maddəsi ilə ittiham olunması tələb olunur.

Xüsusi ittiham qaydasında şikayət Yasamal Rayon Məhkəməsinə təqdim olunub və hakim Rəşad Cavadzadənin icraatına verilib.

Xatırladaq ki, Ramiz Göyüşovun bir neçə ay əvvəl sosial şəbəkələrdə intim videosu yayılıb. Bundan sonra Ramiz Göyüşov YAP-dan kənarlaşdırılıb.

VİP sədri Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Şərhlər

Veteran 2022-05-18 10:18:18

Göyüşovsan-məmişovsan nəsən-zadsan bilmirəm adam kişi olar.Sabahınızı heç fikirləşmirsiniz.Az qalıb.

Camaat 2022-05-17 09:28:16

göyüşovsan-əmışovsan bilmirəm yaxana ULU ÖNDƏRİN nişanını vurmusan guya sadiqliyini göstərirsən.Amma nakişiliklə sadiqlik olmur. Ay bədbəxt sabahınızı düşünün.Yoxsa doğrudanmı korsunuz.

RR 2022-05-17 00:49:46

El helal qôyushov ! malades

binəqədili 2022-05-16 23:05:42

Göyüşov ölüb yerə girmir? Hələ bir adam arasìna da çıxıb məhkəməyə gələcək. Yəqin vəzifə vəd ediblər də Ramizə.

götüşova 2022-05-16 22:12:25

malades

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol