Menu

Millət vəkili AMEA-nın institut direktoru təyin edilib

05.11.2014, 18:16
Millət vəkili AMEA-nın institut direktoru təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bir sıra kadr təyinatları aparılıb.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib.

Qeyd olunub ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.

Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya da AMEA-da vəzifə verilib. O, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol