Bu gün – mayın 17-də səhərdən İrəvanda müxalifət itaətsizlik aksiyalarına başlayıb. Keçmiş siyasi elitanbın rəhbərlik etdiyi qüvvələr Baş nazir Nikol Paşinyanın və hökumətinin Dağlıq Qarabağ məsələsində mövqeyinə görə istefasını tələb edir.
“AzPolitika.info” erməni mediasına istinadən xəbər verir ki, polis İrərvan küçələrini bağlamağa çalışan yüzlərlə etirazçını saxlayıb.
Polis departamentinin yaydığı açıqlamada hüquq-mühafizə əməkdaşlarının qanuni tələblərinə əməl etməyən 286 nəfərin saxlanıldığı bildirilib.
Bəzi xarici kanallar isə həbs edilənlərinin sayının 400-ü keçdiyini bildirirlər.
Xatırladaq ki, bir gün əvvəl İrəvan polisi etiraz aksiyalarına qoşulan onlarla sürücünü saxlamışdı.
“AzPolitika.info”


Şərhlər