Menu

"Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi

19.05.2022, 10:25
"Rusiyanın danışıqlara ehtiyacı olduğunu görmürük” - ABŞ rəsmisi

“Biz Rusiyanın ABŞ-la danışıqlara ehtiyacı olduğunu görmürük”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan “Ukraina 24”ə müsahibəsində bildirib.

O bildirib ki, ABŞ Rusiyanın gərginliyi azaltmasını, Ukraynadan qoşunlarını çıxarmasını istəyir: "ABŞ Rusiya ilə danışıqlar aparmaq üçün bunları görmək istəyir. Ancaq Rusiya indi təcavüz, işğal nümayiş etdirir”.

A.Kalanın sözlərinə görə, ABŞ Ukraynanın özünü müdafiə edə bilməsi, Rusiya vətəndaşlarının regiondakı vəziyyətlə bağlı tam informasiya əldə etməsi üçün bütün imkanlardan istifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol