Menu

"Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır" - Rəcəb Tayyib Ərdoğan

19.05.2022, 13:57
"Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır" - Rəcəb Tayyib Ərdoğan

“Hazırda istifadə etdiyimiz təbii qazın 50 %-ni Rusiyadan alırıq. Bu bizim üçün strateji əhəmiyyətə malik münasibətlərdir. Bu münasibətləri kəsib ata bilmərik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Digər tərəfdən Ukrayna ilə qida sahəsində əməkdaşlığımız var. Bunları da eyni şəkildə davam edirik. Bölgədə sabitliyin təminatçısı varsa, o da Türkiyədir. Bunu qorumalıyıq”, - dövlət başçısı bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol