Menu

Müsavat Partiyası bəyanat verdi

09.11.2013, 14:57
Müsavat Partiyası bəyanat verdi

Müsavat Partiyası bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən Musavat.com-a daxil olan bəyanatda deyilir:“Bu gün səhər saatlarında Lənkəran polis şöbəsinin əməkdaşları Müsavat Partiyası Lənkəran rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının üzvü Fikrət Əhmədovun yaşadığı mənzilə gələrək, rəsmi çağırış vərəqəsi təqdim etmədən ailə üzvlərinə onun polis şöbəsinə getməsinin vacibliyini bildiriblər. Bu ilin iyun ayında şərlənərək həbs edilən Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun istintaq prosesində təqsirləndirilən şəxsin lehinə şahid kimi ifadə verən Fikrət Əhmədov ailəsindən aldığı məlumat əsasında polis şöbəsinə zəng edərək ora gedib. Hazırda F.Əhmədov polis şöbəsindədir.

F.Əhmədovun 12 noyabr tarixində Y.Sadıqovun məhkəməsində şahid kimi iştirakının vacibliyi, məhkəmə prosesi başladıqdan sonra polis şöbəsinə çağırılması, qanunvericiliyə zidd olaraq ondan öz iradəsi əleyhinə ifadə verməsi tələbi ehtimalı yaradır ki, bu da Y.Sadıqovun müdafiəsinin zəiflədilməsinə yönəlik addımdır.

Müsavat Partiyası bəyan edir ki, şahidin məhkəmə prosesi başladıqdan sonra polis şöbəsinə çağırılması və orada saxlanılması əslində siyasi sifarişin nəticəsidir və bunu təşkil edənlər üçün cinayət məsuliyyəti yaradır.

Müsavat Partiyası F.Əhmədovun dərhal sərbəst buraxılmasını tələb edir və bəyan edir ki, hakimiyyət bu cür üsullarla Y.Sadıqovun siyasi sifariş əsasında həbs olunmasını pərdələyə bilməyəcək və onun qanuni müdafiəsinin qarşısını almağa nail olmayacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol