Menu

“Rusiya ərzaq böhranlarının qarşısını ala bilər” - Medvedev

19.05.2022, 23:31
“Rusiya ərzaq böhranlarının qarşısını ala bilər” - Medvedev

Rusiya ərzaq böhranlarının qarşısını ala bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

“Sadəcə bizim işimizə qarışmayın. Rusiya öhdəliklərini tam şəkildə yerinə yetirməyə hazırdır, eyni zamanda ticarət tərəfdaşlarından, o cümlədən beynəlxalq platformalarda yardım gözləyir. Amma məntiqsiz çıxır: bir tərəfdən bizə qarşı sərsəm sanksiyalar tətbiq edilir, digər tərəfdən ərzaq tədarükünü tələb edirlər. Belə olmur, biz axmaq deyilik. Bir daha vurğulayıram: biz öz bazarımızın ziyanına heç bir ərzaq ixrac etməyəcəyik. Rusiya vətəndaşları üçün ərzaq müqəddəs işdir”, - deyə Medvedev qeyd edib.

Şərhlər

t.ədalət 2022-05-20 09:57:17

Rusiyada işləyib pensiyaya çıxan MDB respublikalarından olan vətəndaşların pulunu verməyə gücü çatmayan Putin indi bunu respublikaların öz boynuna qoyub.Pensiya çıxan işçilərinin pensiya pulunu verməyə gücünü itirmiş Rusiya dünyanı necə böhrandan çıxara bilər?Güman ki,Medvedev bu fikri söyləyəndə özündə olmayıb..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol