NƏCMƏDDİN SADIKOVUN DAHA BİR XAİN CƏHDİ İFŞA OLUNUB - Şok DETALLAR

"Nəcməddin Sadıkov 1993-cü ildən 2021-ci ilə qədər (Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi) Rusiyanın Azərbaycanda “betonlaşan” şəbəkəsinin ən vacib simalarından biri olub. N.Sadıkovun Azərbaycan ordu sistemindəki fəaliyyətinin təhlili göstərir ki, onun əsas vəzifəsi müharibə olacağı təqdirdə Azərbaycanın məğlubiyyətini təmin etməkdən, ölkədə peşəkar ordunun yaradılmasının qarşısını almaqdan, təcrübəli hərbi heyətin, xüsusilə yüksək rütbəli zabitlərin müxtəlif şantaj üsullarla xidmətdən yayındırılmasını təşkil etməkdən və Azərbaycanın gələcəkdə torpaqlarını işğaldan azad etmək üçün səfərbər etdiyi hərbi imkanlarını sıfırlamaqdan ibarət olub".

“AzPolitika.info” xəbər verir ki, bu fikirlər tanınmış jurnalist Samir Feyruzovu öz "facebook" səhifəsindən paylaşdığı yazıdan götürülüb. 

Yazıda daha sonra bildirilir:  "N.Sadıkov barədə əldə edilən məlumatların ciddiliyi heç bir şübhə doğura bilməz. Çünki araşdırılsa, bu məlumatların hər birinin real fakta əsaslandığını müşahidə edə bilərik.

Məsələn:

- Salyan rayonunda “N” saylı xüsusi təyinatlı hərbi hissə var idi. Bu hərbi hissə Azərbaycan ordusunun onurğa sütunlarından biri sayılırdı. Ordumuzun əfsanəvi kəşfiyyyatçılarının, ən peşəkar döyüşçülərinin böyük bir hissəsi bu hərbi hissənin payına düşürdü. Hərbi hissə 2012-ci ilin sonunda N.Sadıkovun göstərişi ilə dağıdılır, 2013-cü ilin əvvələrində isə tamamilə ləvğ edilir.

Oradakı döyüşçülərin yarısı pərən-pərən düşür, yarısı da “052” kimi tanınan xüsusi təyinatlı qüvvələrin sərəncamına keçmişdi.

- Ən dəhşətlisi budur ki, N.Sadıkov Hikmət Mirzəyevin komandanlıq etdiyi Xüsusi Təyinatlı Qüvvələri də (məşhur “Yaşma” – “052”) ləğv etdirmək istəyirmiş... Onun H.Mirzəyevə ciddi basqılarının, təzyiqlərinin ardı-arası kəsilmirdi.

XTQ-nin ləğvi üçün atılan addımlar daha da sürətlənmişdi, iş o yerə çatmışdı ki, H.Mirzəyev və ümumilikdə XTQ N.Sadıkovun ağır təhdidləri ilə üz-üzə qalmışdı. Vəziyyətin idarəolunmaz həddə çatdığını görən H.Mirzəyev bu barədə şəxsən Prezident İlham Əliyevə məruzə etməli olur. Məhz bu məruzədən sonra XTQ-nin ləğv etdirmək istəyən N.Sadıkovun niyyəti baş tutmur.

Qeyd edim ki, Xüsusi Təyinatlı Qüvvələr vaxtilə, 1999-cu ildə mərhum prezident Heydər Əliyevin tapşırığı ilə qurulmuşdu. H.Mirzəyev əlahiddə xidmətlərinə rəğmən, N.Sadıkovun “əməyi” sayəsində 18 il eyni rütbədə qalmışdı. Yalnız 2020-ci ildə Vətən müharibəsindən sonra o, General-leytenant rütbəsi almış oldu.

Məlumdur ki, xüsusi təyinatlı qüvvələr Azərbaycan ordusunun ürəyidir. Təkcə 44 günlük müharibədə Azərbaycanın qələbəsini qaçılmaz edən üç əsas amildən biri məhz XTQ idi.

Rusiya kəşfiyyatının sadiq qulu N.Sadıkov başa düşürdü ki, Azərbaycan ordusunun ən sağlam və həlledici qanadı XTQ-dir. XTQ olmasa, Azərbaycanın Ermənistan üzərindəki həlledici üstünlüyü də sual altına düşmüş olar. Əslində, N.Sadıkov Rusiya “GRU”su vasitəsilə Ermənistana xidmət edib. Çünki onun əsas məqsədi müharibə olacağı təqdirdə Azərbaycanın məğlubiyyətini təmin etməkdən ibarət olub. Bunun üçün də ilk olaraq, ən “strateji” yollar XTQ-ni məhvinə nail olmaqdan keçirdi.

- Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin zabitlərindən biri (adını çəkmək istəmədiyim) N.Sadıkovun Azərbaycan ordusuna qarşı xəyanətlərini araşdırmaq üçün Dağıstana, Dərbəndə yollanır. Həmin zabit N.Sadıkovun Rusiyaya bağlı bütün əlaqələrini ən incə detallarına qədər öyrənir. N.Sadıkovun Dərbəndə hansı məqsədlə göndərdiyi silah-sursatdan tutmuş milyonlarla pul vəsaitinə qədər bütün “əməliyyat”larının detallarını əldə edir və geri dönür. Əldə etdiyi məlumatları sistemləşdirib arayış şəklində Nazirliyin Kəşfiyat Baş İdarəsinin o vaxtkı rəisinə təqdim edir.

Baş İdarənin rəisi də həmin arayışı aparıb N.Sadıkovun qabağına qoyur. Sonra nə baş verir? N.Sadıkovun xəyanətlərini aşkara çıxaran həmin kəşfiyyatçı ən ucqar postlara sürgün edilmişdi...

Sevindiricidir ki, Azərbaycan bütün məsələlərin əhəmiyyətini vaxtında qiymətləndirə bilib. Təsadüfi deyil ki, Hadrutda komando hərbi hissənin açılması Ordumuzun tarixi və strateji gücünü daha da artırmış olacaq. N.Sadıkov isə hazırda tərksilah edilmiş durumdadır, müəyyən mərhələdən sonraonunla bağlı çox ciddi addımlar atıla bilər. Gözləyək..."

“AzPolitika.info”

635x100

Şərhlər

mayor 2022-05-20 23:51:43

Sadıqovun Azərbaycana xəyanət yolunu tutduğunu,bunun dəfələrlə baş verdiyini biərəkdən onu uzun illər Azərbaycanda vəzifədə niyə saxlayıblat.Bu kimə sərf edib?Nitə bu fünə qədər o əməllərinə cavab verməyə cəlb olunmur və ya Azərbaycandan qovulmur?axı o Azərbaycan vətəndaşı detil və ya ikili vətəndaşlığı var!

Vətəndaş 2022-05-20 17:13:31

Niyə bu adam barədə ölçü götürülmək istənilmir? axı cinayətə belə səhlənkar yanaşma cəmiyyətin dövlətə etimadını aşağı salır.Belə yanaşma uzun illərdir davam edir.ziya Məmmədov,Fazil Məmmədov,əbülfəz Qarayev,Eldar Mahmudov və digərləri niyə mühaafizə olunur.?

t.ədalət 2022-05-20 15:25:51

Təkcə Nacmuddin Sadıkov deyil....milli satqınlığın kökünü kəsmək üçün onlara ciddi cəza verilməlidir....

turan 2022-05-20 14:33:44

Xeyri hanı? Yenə özü üçün kef edir. Gözün üstə qaşın var deyən yoxdur

Son yazılar