Menu

Tovuzda 11 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb - VİDEO

22.05.2022, 10:01
Tovuzda 11 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb - VİDEO

Çağrılmayan qonaqlar kənd sakinlərinə qənim kəsilib. Tovuzun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər insanlara hücum edib.

"Xəzər TV"ninməlumatına görə, təkcə bir gündə 11 nəfər kənd sakini dördayaqlıların hücumuna məruz qalaraq xəstəxanalıq olublar. Vəziyyət o yerə çatıb ki, küçədə adam olmayanda itlər qapısı açıq olan həyətlərə də soxulurlar.

Zərəçəkənlərin hamısına Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əlehinə vaksin vurulub.Lakin içərisində azyaşlı uşaq da olan bir neçə xəstənin vəziyyəti aldığı ağır xəsarətlərə görə orta ağır qiymətləndirilir.

Sakinlər bildirirlər ki, bununla əlaqədar aidiyyatı qurumlara müraciət ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol