Menu

“Mançester Siti” İngiltərə çempionu olub

22.05.2022, 22:16
“Mançester Siti” İngiltərə çempionu olub

“Mançester Siti” futbol klubu 8-ci dəfə İngiltərə çempionu adını qazanıb.

"Report" xəbər verir ki, İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Mançester Siti” “Aston Villa”nı 3:2 hesabı ilə məğlub edib.

Qolları İlkay Gündoğan (76 və 81-ci dəqiqə) və Rodri (78), "Aston Villa" heyətində isə Metti Keş (37) və Felipe Koutinyo (69) vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol