CAVİD QURBANOV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Nazir müavini təyin olundu

Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika" xəbər verir ki, sərəncamda deyilir:

"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

635x100

Şərhlər

Roma 2022-05-26 10:43:48

Məncə cavid Qurbanov 50 il bundan belə işləməsə (Allah ömür versin) də heç nəyə ehtiyacı olmayacaq. Yəni tək Cavid belə deyil...demək olar ki, əksəriyyəti (bəlkə də hamısı) belədir...

Rahibə. 2022-05-25 20:46:58

Əli bütün arvad qohumlarına vəzifə vermişdi indi onları yerinə gələn qayınları qoruyub saxlayaca....

Rahib 2022-05-25 13:53:20

Yəni bəlli səbəblərdən çıxarıb küçəyə atımasa da ona bərabər bir şeydir. Cavid hara rəqəmsal inkişaf hara. Deyirlər ki, get sakitcə otur nazir müavini kabinetində qocalıgını başa vur..

Fizuli 2022-05-25 12:55:50

BUnu üçumiyyətlə qovmaq ıazım idi.Qoy TOAŞ-da qazansın.Nəqliyyat nazirliyində demoqogiya yaradacaq.

Vətəndaş 2022-05-24 23:21:21

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin 6-müavini oldu ?

Mərdan 2022-05-24 22:11:34

Həyatda heç bir şey əbədi deyil. Atası milyoner olub oğlu qızı dilənçi formasında ölən, oğlu qızı milyoner olub atası anası dilənçi şəklində yaxud digər ən bədbəxt bərbad şəkildə ölənlər, ölüb çürüyüb gedənlər çox olub bu dünyada. Həyatda ən gözəl varlıq hissi, insan həyatda mövcud olub yaşayarkən digərlərinin onun haqqında səmimi şəkildə düşüncələrinin keyfiyyətindən aldığı ilham, bəhrələndiyi faydadır. Kamil şəxs üçün mənəvi zövq maddi zövqdən uca və müqəddəsdir. Ədalətin yekun təminatçısı ölüm faktıdır.

Son yazılar