“Ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb".
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
"Bu, çox ağır addım idi. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir", - deyə nazir qeyd edib.


Şərhlər
Bir dəfə dəvə çaydan keçir, dovşan soruşur ki, suyun səviyyəsi nə qədərdir? Dəvə cavab verir topuqdan. Dovşan çaya girir boğulur. Bir təhər qışqırır ay yalançı bəs deyirdin su topuqdandır. Dəvə cavab verir. Sən soruşmadın kimin topuğundan.,,,
Biyabrciliq !)
Bes maashlara baxsaq , ? onu fikirleshib dediniz ?
Allahu Təala zalım məmurları kasıbların vəziyyətinə salsın, tezliklə ədaləti bərqərar eləsin! Amin!
Bəs heç yerdən qazancı olmayanlar neynəsinlər, intihar etsinlər?
Müəllim maaşı ilə necə ödəyəsən. Avropada müəllimin maaşına görə bizim maaşımız da heç nədi....
A kişi,qazın qiyməti heç nədir yox ee,qazın özü heç nədir Azərbaycanda.Biz ancaq neftdən danışmırıqmı bu otuz ildə?Sanki qaz ümumiyyətlə nə çıxmır Azərbaycanda,nə də dünyaya satılmır.İldə 10 milyard kubmetrə qədər qaz çıxarılıb satılır xaricə.3-4 milyard dollara qədər mənfəət götürürük qazdan.Hara gedir o milyardlar,biz biləmmərik,bədbəxt adamlarıq da,ağıl yox,savad yox. Nağayraq?Neft mənfəətiylə müqayisədə qaz heç nədir a kişi,amma təxminən ermənistanın, Gürcüstanın büdcəsi qədər puldu e bu.Necə yəni heç nədi?Aaaa,xalqa satış qiyməti heç nədi,yəni artırmaq lazımdı qiyməti,eləmi?Onda belə de də,Allah evini tiksin sənin.Bəhanələr gətir ki,dünyada filan qiymətədi,bizdə niyə belədi-filan,onda başa düşək də səni.
..camaatın halından xəbəri yoxdur...
Duzdu, Dunya bazarinda gazin giymeti galxib. Daha yaxshi. Biz olke olarag daha chox vesait elde edirik.Biz gazi ixraj eliyirik, idxal elemirik ki???
Deyəyən artımın anonsunu verilir
memurlarin qazancina baxanda hec nedir
mevajib de hecnedir
siravi vatandas ödaya bilmir hala qaldi o asagi tabaqa yani az taminati tabaqa hec odaya bilmir
Məmurlari üçün heç nədir....
Heç nədir???? Azərbaycan vətəndaşı üçün kommunal ödənişlər, xüsusən də fərdi yaşayış evlərində yaşayanların ailə büdcəsinə ağır yük olur!!! Kommunal xidmətlərə tətbiq olunan eybəcər limit prinsipi ləğv olunmalıdır!!!
Maaş da Avropa ölkələrinə baxanda heçnədi.
məmurlar üçün heç nə, bizim kimi kasıblar üçün çox böyük məbləğdir....
müqayisə tək qiymətlə olmamalıdır. Bizdəki əmək haqqı da müqayisə predmeti olmalıdır...Bu düzgün olar...
dünya bazarına niyə baxmalısız? camaatın həyat səviyyəsinə və qaz ixracatçısı olmağına baxın
180man. təqaud alıram, qışda 60 man. qaz, 30 man. elektrik,30 man. da digər komunal xərclər ödəyirəm. Bu qiymətlər heç nədir?