Menu

“Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq” - Fuat Oktay

28.05.2022, 09:30
“Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq” - Fuat Oktay

“Baş nazir Əli Əsədovla həmsədrlik etdiyim Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyası ilə ticarətdən nəqliyyata, enerjidən sənayeyə qədər 15 milyard dollarlıq hədəfə doğru addımlar atılır. Bir çox sahələri əhatə edən fəaliyyət planları həyata keçiririk. Bu il 10-cu toplantımızı keçirəcəyik”.

“Report” xəbər verir ki, bunları Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

Fuat Oktay vurğulayıb ki, Türkiyə Prezidenti məhz Müstəqillik Günündə Azərbaycana səfər edəcək:

“Texnologiya məşəli ilk dəfə Anadoludan xaricdə alovlandı və festival Azərbaycanda başladı”.

“Azərbaycan bizim üçün daim can Azərbaycandır. 100 il öncə necə idisə, bu gün də eyni şəkildə könül birliyi içindəyik", - Fuad Oktay əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol