Menu

“Putinlə danışıqlar istənilən halda aparılmalıdır” - Avstriya XİN

31.05.2022, 08:32
“Putinlə danışıqlar istənilən halda aparılmalıdır” - Avstriya XİN

“Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar istənilən halda aparılmalıdır”.

“Report”un məlumatına görə, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq “Puls 24” telekanalına bildirib.

Şallenberq Rusiya lideri ilə danışıqlar kanallarını saxlamağı vacib hesab edir:

“Hesab edirəm ki, Avstriyanın danışıqlar kanallarını açıq saxlamağa çalışması tamamilə düzgündür. İstənilən halda Putinlə danışıqlar lazımdır”.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı taxıl ixracı məsələsini şərh edən Şallenberq tədarükün dayandırılmasının nəticələrinin Rusiyaya da təsir edəcəyinə əminliyini ifadə edib.

Şərhlər

Veteran 2022-05-31 14:32:29

Danışıqlara getmək lazım deyil.Onsuzda balaca putin Ukraynanın şərtlərini qəbul etmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol