AVROPA İTTİFAQINDAN RUSİYAYA NÖVBƏTİ ZƏRBƏ - 6-cı sanksiya paketi razılaşdırıldı

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketində nəhayət neft embarqosu məsələsini razılaşdırıB. Embarqo yalnız dənizlə daşınan Rusiya neftinə aiddir, kəmərlə idxal olunan neftə sanksiyalar müvəqqəti şamil olunmur

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsi Rusiyadan neft idxalının üçdə birindən də çoxunu dərhal azaltmaqla bağlı razılığa gəliblər. Bunu Aİ Şurasının Prezidenti Şarl Mişel mayın 30-da bildirib.

“Avropa Şurası razılaşır ki, Rusiyaya qarşı sanksiyaların altıncı paketi boru kəməri ilə daşınan xam neft üçün müvəqqəti istisna olmaqla, Rusiyadan Aİ-yə üzv ölkələrə daşınan xam neft və neft məhsullarına şamil ediləcək”, - Aİ zirvə toplantısının yekun bəyanatında deyilir.

Qəbul edilmiş qərara görə, Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını 90% azaldacaq. Tankerlərlə idxal tam dayandırılacaq, qismən idxal isə “Dostluq” neft kəmərlər sistemi ilə həyata keçiriləcək (əsasən Macarıstan və Çexiyanın ehtiyacları üçün).

Aİ-nin qərarını şərh edən siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, Bir aydan çoxdur neft qadağasının da daxil olduğu 6-cı sanksiya paketinin qəbuluna imkan verməyən Macarıstanı razı salmaq üçün belə bir formul tapılıb: “Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək. Dənizə çıxışı olmayan Macarıstan, eləcə də Çexiya və Slovakiya nefti boru kəməri ilə alır”.

Onun sözlərinə görə, dəniz vasitəsilə idxal olunan neft AB-nin Rusiyadan aldığı neftin üçdə ikisindən çoxunu təşkil edir.

“İlin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 90 faizindən imtina olunacaq”, o vurğulayıb.

Qeyd edək ki, Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə Rusiyanın neft ixracının 42%-i Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da atıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7%-ni təmin edir.

Altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı "Sberbank" SWİFT sistemindən təcrid edilib. Bundan başqa, AB Ukraynaya 9 milyard avro yardım ayırıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar