Menu

Nazir polkovniki rəis təyin etdi

31.05.2022, 20:40
Nazir polkovniki rəis təyin etdi

Daxili İşlər Nazirliyində yeni təyinat olub. Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin rəis müavini, polis polkovniki Elnur Nəsibov tutduğu vəzifədən azad edilərək, elə həmin idarənin rəisi təyin edilib.

Qeyd edək ki, Kriminalistik Tədqiqatlar İdarəsinin sabiq rəisi Gündüz Sadıqov bu ilin martında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Şərhlər

Elcin 2022-05-31 19:40:58

Basqa xeber yoxdu yazmağa?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol