AZƏRBAYCANDA YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT OLDU - Foto + DOSYE

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub.

Məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, fizika elmləri doktoru, dosent Sakin Cabarov Ali Attestasiya Komissiyasının sədr müavini təyin edilib.

Qeyd edək ki, Sakin Həmid oğlu Cabbarov 1983-cü il avqustun 30-da Xaçmaz rayonunun Dədəli kəndində anadan olub.

Bakı Dövlət Universitetini bitirib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasında çalışıb. “Advanced Physical Research” jurnalının baş redaktoru olub. AMEA Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar