AZƏRBAYCANDA VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS EDİLDİ - Baş Prokurorluq məlumat yaydı

Azərbaycanda vəzifəli şəxslər həbs edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Aparılan istintaqla Xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlunun həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir Mahmud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq, yəni vergi ödəyicisinin fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməməsinə görə vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz əməlləri ilə əlaqədar Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin bütün dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

635x100

Şərhlər

Səhmdar 2022-06-07 17:16:11

Beynalxalq bankın sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva tərəfindən Şəki Bazar ASC-nə korrupsiyaya bulaşmış Tahir Qaffarovu müdir təyin edib... Bazarda özbaşnalıqlar, vergidən yayaınmalar baş verməsinə baxmayaraq aidiyyatı qurumlar tərəfindən göz yumulur ???

"Şəki-Bazar" ASC-nin səhmdarı 2022-06-01 16:57:09

"Şəki-Bazar" ASC-i 2001-ci ildən Vergidən yayınma hallarına yol verməsinə baxmayaraq Vergi əməkdaşları tərəfindən göz yumulur ? İldə ən azı 600,0 - 700,0 min manat vergidən yayınma hallarına yol verməsinə baxmayaraq heç bir tədbir görülmür və bu səbəbli səhmdarlar qanuni dividentlərindən məhrum olunublar .Şəki - Bazart ASC - nin arxasında kim durursa, külli miqdarda vergidən yayınma hallarına yol vermələrinə baxmayaraq, vergi əməkdaşları kiçik obyektlərdə yoxlama aparırlar, ancaq Bazar kimi nəhənc vergi ödəyicisi olan obyektdən qanuni verginin ödənilməsini tələb etmirlər və qanuni tədbirlər görmürlər ??? Nə üçün Şəki Bazarına baxan vergi əməkdaşları haqqında qanuni tədbirlər görülmür ???

t.ədalət 2022-06-01 12:56:22

Hamını həbs edirlər.Ancaq,baş vergi oğrusu və talançı Fazil Məmmədova "gözün üstə qaşın var" deyən yoxdur.

Son yazılar