Bayden hökuməti Ukraynaya "MQ-1C Gray Eagle" kəşfiyyat-zərbə dronları göndərməyə hazırlaşır. “Reuters” agentliyini yaydığı xəbərə görə, MQ-1C-nin uzunluğu 8,5 metr, qanad uzunluğu 17 metr, hündürlüyü 2,1 metr, maksimal uçuş çəkisi 1633 kiloqramdır.
Saatda 250 km sürətlə hərəkət edə bilir, 8850 metr yüksəyə qalxır, 30 saat havada qalır. Yerdəki hədəflərə "Hellfire" raketləri və digər raket və bombalarla zərbələr endirir.
Mütəxəssislər MQ-1C Gray Eagle" kəşfiyyat-zərbə dronlarından Ukraynadan lazımi şəkildə istifadə olunsa, effektiv nəticələr əldə olunacağını bildirirlər.
“AzPolitika.info”


Şərhlər