RUSİYANIN DÖVLƏT AGENTLİYİ HƏDDİNİ AŞDI... - Separatçıları efirə çıxaran agentlik Azərbaycanda bloklandı (Yeniləndi)

Rusiyanın “RİA Novosti” xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb. Ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.

Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər çap edilib.Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva da “RİA-Novosti” agentliyinin  Azərbaycanı əleyhinə fəaliyyətini tənqid edib. 

"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur" -deyə,  L.Abdullayeva bildirib.

"Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəaları ilə ziddiyyət təşkil edir.

"RİA-Novosti" agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır", - XİN rəsmisi əlavə edib.

***

Rusiyanın “RİA Novosti” dövlət agentliyi Qarabağdakı separatçı tör-töküntülərini yenə efirə çıxarır. Özü də “dqr” rəsmisi” statusunda...

“AzPolitika.info” xəbər verir ki, rəsmi dövlət orqanı və Kremlin nəzarətində olan “RİA Novosti” ““dqr”-in “dövlət naziri” kimi təqdim etdiyi Artak Beqlaryandan geniş müsahibə alaraq, onu yayımlayıb.

“”dağlıq Qarabağ” müstəqilliyinin tanınması üçün Ermənistanla danışıqlar aparır” başlığı ilə yayımlanan müsahibədə şeytan sifətli “nazir” həmişəki kimi yalan, böhtan dolu fikirlər səsləndirir, rusiyalı jurnalistin böyük həvəslə verdiyi “müstəqillik”, “status”, “danışıqlar” mövzusunda sualları cavablandırır.

Əlbəttə ki, belə ünsürlərin Rusiyanın ən böyük və əsas rəsmi mətbuat orqanının efirinə çıxarılması, onun müsahibəsinə geniş yer ayrılması təsadüfi ola bilməz. Belə görünür ki, Kreml özü rəsmən deyə bilmədiyi, demək istəmədəyi şeyləri bu cür erməni qulbeçələrinin dili ilə çatdırır.

Həmin bu “nazir” müsahibəsində deyir ki, “dqr” “müstəqilliyinin tanınması” mövzusunda Ermənistanla danışıqlar aparır: ”Amma hələ ki, danışıqlarda irəliləyiş yoxdur”.

Bu, nə deməkdir? Belə çıxır ki, 44 günlük müharibə günlərində, darmadağın edilərək itirməyə bir şeyi qalmayan ağır vəziyyətində belə “dqr”-i tanımağa cəsarət etməyən Ermənistan danışıqların intensivləşdiyi, birgə komissiyaların yaradıldığı indiki vaxtda bu qondarma qurumu tanıya bilər? Yoxsa bu, Kremlin separatçı tör-töküntüsünün dili ilə Bakıya qarşı yönələn növbəti təzyiq üsuludur?...

Həmin bu Beqlaryan ağız dolusu Qarabağdakı rus hərbi kontingentini tərifləyəndən sonra deyir ki, danışıqlar qətiyyən Avropa İttifaqı vasitəçiliyilə aparılmamalıdır. Əlavə edir ki, ən yaxşı variant Rusiyanın iştirak etdiyi mərhum Minsk Qrupu formatıdır. Əlbəttə ki, bütün bunların Kremlin hazırkı mövqeyini və iddialarını əks etdirdiyi heç bir şübhə doğurmur. 

Zatən Moskva öz XİN rəhbərliyi və digər rəsmi şəxslərinin dilindən bu mövqeyi səsləndirib və Avropa İttifaqının sülh təşəbbüslərinə qısqanclıqla yanaşdığını gizlətməyib. İndi isə bu işə “ağzı qara” separatçıları da qoşması və bunu özünün əsas rəsmi agentliyinin efirindən səsləndirməsi ondan xəbər verir ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvanın “Avropa İttifaqından uzaq durun” tələbinə reaksiyası Kremlin istəyinə uyğun deyil. Ona görə də bu formatı gündəlikdən çıxarmaq, əngəlləmək üçün hər cür ucuz təbliğat vasitələrinə əl atılır...

Məsələnin bir də Moskva ilə Bakı arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti” haqqında bəyannamə tərəfi var. Azərbaycanın bütün beynəlxalq birlik və Rusiyanın da tanıdığı ərazisindəki qondama qurumun hansısa qotur separatçısını baş dövlət agentliyinə çıxarıb, onu “rəsmi şəxs”, “nazir” kimi təqdim etmək qətiyyən sözügedən müttəfiqlik bəyannaməsinin şərtlərinə uyğun deyil. Bu, bir daha dövlət olaraq Rusiyanın sözünün, müttəfiqliyinin, yaxud onun imzası olan hər hansı sənədin bir qara qəpiklik dəyərinin olmadığını sübut edir.

Təbii ki, güclü Azərbaycan üçün belə zir-zibilin fikirləri, mövqeyi, müsahibələri milçək vızıltısından başqa bir şey deyil. Ancaq Azərbaycanda Rusiyanı dəstəkləyən “rusbaşlar”a Kremlin bəh-bəhlə dərc etdirdiyi həmin müsahibəni oxumağı və “feyziyab olmağı” məsləhət görürük...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

B.Qarabağlı 2022-06-04 23:25:15

İrad və etiraz rəsmən şəxsən RF prezidenti V.Putinə və XİN S.Lavrova ünvanlanmalıdır ki, Artaqk və digər belı vətəndaşlara qarşı Azərbaycan lazımi tədbirlər görə bilsin.

turan 2022-06-04 17:51:34

Necə bloklanı ki rahat girmək mümkündür o mənfur sayta

Türk Turan 2022-06-04 14:57:02

Bax belə qəti cavablar vermək lazımdır.

dadaşyev 2022-06-04 11:29:32

Məsələ yalnız onda deyil ki,Rusiya Qafqazdakı məsələlərə Avropanın qarışmasına qarşıdır.Bu məlum məsələdir.Amma Rusiya kimi son dərəcə millətçi və təhlükəli bir ölkə üçün Ukraynadakı biabırçılıqdan qurtulmağın yeganə yolu hansısa bir müsliman xalqla xristian xalqı vuruşdurmaqdır hal-hazırda.Buyruq qulu olan ermənilər hər an Rusiyanın əli altındadır,Qarabağda böyük bir fitnə yarada bilsələr,təbii ki məsələyə Türkiyə və Pakistan da qarışar və bax bu zaman xristian dünyası elliklə Rusiya tərəfə keçə bilər,sanksiyaları-filanı da qaldırarlar,Ukraynanı da unudarlar.ABŞ üçün dost-düşmən deyə bir şey yoxdu,ancaq öz maraqları var.Vaxtilə Hitleri heç bir yerdən cücərtdilər,yetişdirdilər,yağ-böyrəklə bəslədilər ki,Stalinlə vuruşmalısan,elə ki Almaniya SSRİ-yə hücum etdi keçdilər Stalin tərəfə,Almaniyanı unutdular.Hətta ABŞ prezidenti Trumen dedi ki,biz görsək ki Stalin qalib gəlmək üzrədi,yenidən Hitlerə kömək edərik,görsək Hitler qalib gəlmək üzrədi,təkrar Stalinə kömək edərik,beləcə bir-birlərini didib töksünlər.

Elmira 2022-06-04 09:53:07

İşaallah bir gün Rusiyadan canımız qurtarar! Amin.

Turan 2022-06-04 07:30:25

rus siyasətinin əclaflığına bir bax özū boğulur yenə də ora-bura əl atır eləbil ,cəhənnəmə gedən özūnə dost axtaran kimi hərəkət edir

TT 2022-06-04 06:24:20

ORT ve yaxud Azerbaycanda yayimlanan rus kanallari , ? Bu kanallar hamisi ermeniye teref verlishler aparirlar ) bu kanallari niye baqlamirsiz ?

uzaggoren 2022-06-04 01:07:55

butun bu tor tokuntuleri hebs etmeyin vaxti gelib dovlet seviyyesinde. ikinci variant da var: hami bilir ki, rusiyada bizim "yaxsi" killerlerimiz var hansi ki butun zakazlari problemsiz hell edirler...

Qarabağ bizimdir 2022-06-03 20:37:44

Azərbaycan xalqı rusiyanın özünün imzaladığı sənədə heç bir hörmətinin olmadığını görür. Bu sənəddən imtina etməyin və yerdə qalan torpaqların azad edilməsinə başlamağın vaxtı çatmayıbmı?

Rli 2022-06-03 18:31:06

Qarabağdakı separaı tör töküntüye ele ruslara da bir meslehet vermek olar:”İşiniz görülenden” sonra tuman bağınızı möhkem bağlayın ki başınıza bir de “ Felaketİ gelmesin Rusiyanı faktiki olaraq Rysiya-Ukrayna öüharibesinde Qarabağ ermenilerinşn taleyi gözleyir.Rusiya o gücde deyil ki,ABŞ ,Avropa ve dünyanın ekser ölkelerine qarşı dyruş getire bilsin.

Son yazılar