SADIKOVUN KEÇMİŞ KÖMƏKÇİSİ QANDALLANDI - Külli miqdarda rüşvət almada təqsirləndirilir + FOTO (Yenilənib)

Mərkəzi Ordu İdman Klubunun məşhur sabiq rəhbəri Elxan Məcidov həbs edilib

Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb.

Məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən, Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. "Musavat.com"-un məhkəmə qaynaqlarından əldə etdiyi məlumata görə, Elxan Məcidovu istintaq orqanı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.

Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.

Mərkəzi Ordu İdman Klubu (MOİK və ya el arasında “SK”) ictimaiyyət arasında məhz hərbi qulluqçuların pul müqabilində xidmətdən yayındığı, aylığa buraxıldığı hərbi hissə olaraq davamlı olaraq qınanıb.

Elxan Məcidovun əvvəllər keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işlədiyi, daha sonra elə şəxsi münasibətlərinə görə də bu vəzifəyə təyin edildiyi məlumdur.


635x100

Şərhlər

Camaat 2022-06-06 09:55:11

Nəcməddin "çox təmiz " adamdır .Ona dəymək olmaz.

Oliqarx 2022-06-05 14:15:47

Turizm agentliyinin sədri fuad nağıyevin səmimi köməkçisi əziz müavini azadə hüseynovanın sədrlə birgə qollarına nə vaxt qandal vurulacaq? Yoxsa onlar toxunulmazdırlar?!? Yoxsa onların kimlərləsə podruqa əlaqələri güclüdür? Bir gün onlara da vaxt çatacaq, eyni kamerada həbs yatarlar.

Zabit 2022-06-05 09:12:46

Şəkildə elxan məcidov deyil, ilqar məmmədovdur

ümid 2022-06-05 08:10:45

məcidov tək edib bunu? gülməlidir

Samir 2022-06-05 04:44:50

Elxan Məcidov komekçi işlədiyi vaxt hərbi hissələrə uşaq salmaq, hərbi hissələrin kafeləri nə bilim nələr inşallah haq yerini tutacaq. Ona gorə Məcidovun yoldaşinin qizinin adina olan gözellik salonlarinin, obyektlərin villalarin sayi hesabi yoxdu. Tək AF Molda Məcidivun neçe milyonluq əmlaki var. Hamisi Əsgərlərin boğazinan kəsilən pullardi ay Elxan m indi get kef eləyin ailelikce.

Rasim... 2022-06-04 19:57:02

Haq yerini tutmalidi

miri 2022-06-04 16:57:37

bəs məmmədyarov?

Son yazılar