«İnce Akdeniz» gəmisi 56 min ton buğda ilə hazırda Türkiyədən geriyə, Hindistana qayıdır. Mayın axırında Türkiyə Hindistan buğdası partiyasını fitosanitar mülahizələrdən dolayı rədd edib və geriyə qaytarıb.
«Times of india» xəbər verir ki, «İnce Akdeniz» gəmisi 56 min ton buğda ilə hazırda Türkiyədən Kandala limanına (Hindistan) qayıdır.
Türkiyənin bu addımı Hindistan buğda treyderləri arasında böyük narahatlıq yaradıb. Türkiyə hakimiyyəti bəyan edib ki, Hindistandan göndərilmiş bu partiya buğdada Hindistan cücüsü aşkarlanıb və ona görə Kənd və Meşə Təsərrüfatı Nazirliyi onun qəbulundan imtina edib.
AzPolitika.info


Şərhlər