Menu

ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var

04.06.2022, 21:50
ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var

ABŞ-ın Arizona ştatının Feniks şəhərində ticarət mərkəzində atışma baş verib. "Report" xəbərinə görə, bu barədə CBS telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 9 nəfər yaralanıb. Zərərçəkənlərdən üçü həyati təhlükəsi olan xəsarətlər alıb. Polisin məlumatına görə, yaralıların yaşı 17-24 arasındadır.

İnsident 100-ə yaxın insanın olduğu ticarət mərkəzində qeydə alınıb.

Telekanala görə, yaxınlıqdakı küçələr bağlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol