ŞİRVAN ŞƏHƏRİNDƏ 5 VƏZİFƏLİ ŞƏXS SAXLANILDI - Adları məlum oldu (Yenilənib)

Xəbər verdiyimiz kimi, dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.

Əməliyyat zamanı həmçini İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.

Bundan əlavə Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı da həbs edilib.

***

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan rayonunda əməliyyat keçirib.

"AzPolitika.info"nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsində axtarışlar aparılıb. İdarələrin bir neçə vəzifəli əməkdaşı  saxlanılıb.

Bundan əlavə Dövlət Arxivinin Şirvan filialında da əməliyyat keçirilib. Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.

Məlumata görə Şirvan Bələdiyyəsinin əməkdaşları arasında da saxlanılanlar var.

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

"AzPolitika.info"

635x100

Şərhlər

Oxucu 2022-06-09 09:55:23

Yolunuzu şəki su idarəsinədə salsanız yaxşı olar , hamısı qohum-qardaşlardır ?

Nadir 2022-06-08 20:26:29

Seki belediye ve komnoxoza hec bir quvve daxil ola bilmez. komnozox ve beldiye mudru intiqam polisinin prokurorurun hamsinin pulunu verib yola salir pulu veren mahninida zakaz edir

Prezidentini sevən 2022-06-07 17:03:13

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarını Allah qorusun ! Sizdən xahiş edirik, yolunuz Şəki İcra Hakimiyyətinə, Bələdiyyə və Kommunal Təsərrüfat müəsissəsinə salın ?

Son yazılar