Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanan Nəsimi rayonundakı parklanma yerinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.
Modern.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.
Ş.Məmmədova illərdir jurnalistlərə qarşı sərgilədiyi mövqeyi bu dəfə də qorumağı bacarıb.
Xalq artisti kobud cavab verərək, “Mən məşğulam, nə istəyirsiniz məndən? Hər şeyi bilirəm, sakit olun”, - deyib və telefonun dəstəyini asıb.
***
Bakının Nəsimi rayonunda yaradılan qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSR Xalq artisti Şəfiqə Məmmədovadır.


Şərhlər
Doğrudan da,nə istəyirsiniz bu xanımdan?Yüzlərlə,minlərlə parklanma yeri yeri yaradıb sökmək olar,amma bu cür qeyri-adi istedadlı aktrisalar yüz ildə bir gələr hər hansı xalq içinə.Bu xanım bir parklanma yerinə görə dərhal mediaya çıxarılır,amma o boyda Xəzəri kimlər qalaça kimi hasarlayıbsa bu günə qədər mediaya bircə dəfə çıxardınızmı bircəciyini?Bir neçə il əvvəl qanunsuz tikildiyi üçün sökülən 45 villadan heç olmasa bir-ikisinin kimə məxsus olduğunu bu cür gündəmə gətirə bildinizmi?Qanun alidirsə hər kəs üçün,bütün Azərbaycan vətəndaşları üçün ali olmalıdır.Heç kimə o boyda Xəzər dədəsindən-babasından vərəsə qalmayıb ki,çəpərləyib hasarlayıb yalnız özü və ailəsi feyziyab olsun dənizdən, səhər yeməyini yeyib çıxıb dənizin sahilində Koroğlu kimi nərə çəkib gərnəşsin.Xəzər bütün millətin deyilmi?Nə haqqın var onu hasarlayasan?Kim verib sənə bu haqqı?Azərbaycan dövləti və xalqı qarşısında hansı müstəsna xidmətlərinə görə qazanmısan bu haqqı?Bir para qəlbiqara adamların sifarişilə əsl sənət fədailərinə qara yaxmaqdansa o əcaibliklər haqqında yazsanız daha ədalətli olmazmı?