Daxildəki vəziyyətdən narahat olan Nikol Paşinyan bu günlərdə xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Moskvaya unikal “sövdələşmə” təklif edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın müxalifyönlü “Past” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təklif edilən dəyişikliyə əsasən, əgər iyunun 10-da İrəvana gələn Rusiya Xarici İşlər naziri Sergey Lavrov mövcud hakimiyyətə açıq şəkildə dəstəyini bildirsə, üstəlik müxalifətin ünvanına tənqid səsləndirsə, Paşinyan amerikalıları “ataraq” bioloji laboratoriyaların qapılarını rusların üzünə açacaq.
“Hökumətdəki mənbəmizin məlumatına görə, dünənə kimi Rusiyadan yekun cavab gəlməyib.Lakin Mirzoyana başa salıblar ki, sövdələşmə baş versə belə, bunun əksi olmalıdır. Əvvəlcə laboratoriyalar, sonra tənqidlər olmalıdır. Demək olar ki, məşhur bir filmdə deyildiyi kimi, səhər pul, axşam stullar” - deyə, nəşr bildirib.
“AzPolitika.info”


Şərhlər
Putin deyib "yaxşı,bəs hamam pulunu kim verəcək?",bu da deyib ki "Mən hamamın bayırında şuluqluq salaram,Kəlbəcər tərəflərdə,sən də ki hihihi-hahahaa,vur bura!