BAŞ REDAKTORA VƏ HƏYAT YOLDAŞINA 10 GÜN VAXT VERİLDİ - Azərbaycanı tərk etmələri üçün...

 Azərbaycan Dövlət Miqrasiya Xidməti "Rossiya seqodnya" beynəlxalq informasiya ağentliyi Federal Dövlət Unitar müəssisənin Bakı filialı olan "Sputnik-Azərbaycan" saytının baş redaktoru Belarus vətəndaş Antonova-Trizno Veranika Olegovnanın Azərbaycanda müvəqqəti yaşama icazəsini ləğv edib. Bu barədə DMX-nin saytında bildirilir.

Antonava-Trizno Veranikaya və onun həyat yoldaşı Pavel Antonova müvəqqəti yaşamaq üçün yeni icazələrin verilməsindən də imtina edilib. Qərar 6 iyun tarixində verilib və bu gün dərc edilib.

"İnzibati icraat haqqında" qanunun 62-ci maddəsinə əsasən, qərar KİV-də dərc edildikdən 10 gün sonra ünvan sahibinə çatdırılmış hesab olunur.Odur ki, Belarus vətəndaşı olan hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər.

Qeyd edək ki, "Sputnik-Azərbaycan" Agentliyi Kremlin məşhur təbliğatçısı Marqarita Simonyanın baş redaktoru olduğu Federal Dövlət Unitar müəssisənin Bakı filialıdır.

Agentliyin redaksiya siyasəti Azərbaycanın maraqlarına zidd olan nəşrlərlə əlaqədar tez-tez Bakının tənqidinə səbəb olur. Rəsmi və qeyri-rəsmi səviyyədə Rusiyanın bu agentliyinin Azərbaycanda fəaliyyətini qadağan etmək çağırışları səslənir.

"AzPolitika.info"

635x100

Şərhlər

RÖVŞƏN MURADOV 2022-06-10 17:40:28

Düzgün addımdır

Omar 2022-06-10 15:46:39

Simonyanin Sputnikini çıxarın,bunlar da avtomatik özləri çıxacaq.

Son yazılar