Menu

Şəki İcra Hakimiyyəti inzibati binasının tikintisinə daha 3 mln manat xərcləyəcək

11.06.2022, 11:58
Şəki İcra Hakimiyyəti inzibati binasının tikintisinə daha 3 mln manat xərcləyəcək

Şəki Şəhərİcra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azin Construction" MMC-dir.

Qalib şirkətə 2 milyon 875,6 min manat ödəniləcək.

Qeyd edək ki, 2020-ci ildə Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati binasının tikintisi üçün büdcədən 3 milyon 625 min manat ayrılmıdı.Bu işlərin görülməsi üçün şəhər icra hakimiyyəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə müqavilə bağlamışdı.

Şərhlər

Oxucu 2022-06-11 15:58:16

Şəki İcra Hakimiyyətinin binası var, tikintisindən qabaq icra başçısının özünün çıxması üçün sərəncam verilməlidir ? akkord da özlərinə məxsus olan tikinti təşkilatıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol