Menu

İraqda şəhid olan Türkiyə hərbçilərinin sayı artıb

12.06.2022, 11:09
İraqda şəhid olan Türkiyə hərbçilərinin sayı artıb

İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında şəhid olan Türkiyə əsgərlərinin sayı artıb.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində şəhid olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatına aprelin 18-də başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol