Menu

Şamaxıdakı Kələxana türbələri yaxınlığında bina qalıqları aşkar edilib

13.06.2022, 10:11
Şamaxıdakı Kələxana türbələri yaxınlığında bina qalıqları aşkar edilib

Şamaxı şəhərindən 6 kilometr məsafədə, eyniadlı kəndin yaxınlığında yerləşən Kələxana türbələri ətrafında arxeoloji qazıntı işləri aparılır.

AMEA-dan APA-ya verilən xəbərə görə, XVII əsrdə burada inşa edilən 9 türbədən 8-i dövrümüzədək qalıb. Onlardan birinin üzərində tikilmə tarixi (hicri 1074-cü il – miladi 1663/1664-cü illər) və sərkar rütbəli memar Əmir Əli oğlu Əbdüləzim tərəfindən inşa edildiyi göstərilir.

Arxeoloji qazıntı işləri türbələrin yaxınlığında aparılır. Qazıntılara AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev başçılıq edir.

Ekspedisiya rəhbərinin sözlərinə görə, qısa müddət ərzində burada o dövrün dini komplekslərindən birinə mənsub möhtəşəm bina qalıqları aşkar edilib.

Şərhlər

t.ədalət 2022-06-13 13:37:54

Nə vaxtsa kimsə bu adı kəndə verib deyə,elə "kələxana" kimi də qalacaq?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol