Menu

ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silah göndərir

15.06.2022, 23:47
ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silah göndərir

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

APA UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçıları Kiyevə ayrılmış 1 milyard dollarlıq hərbi yardımı müzakirə ediblər.

“Mən prezident Zelesnkiyə məlumat verdim ki, ABŞ Donbasdakı əməliyyatlıarda zəruri olan 1 milyard dollarlıq artilleriya və qabaqcıl raket sistemləri verəcək” – deyə Bayden bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol