Bu gün bir sıra KİV-lərdə yayılan məlumata görə, AZAL Bakı-Naxçıvan aviareysinin bilet satışında müəyyən dəyişikliklər edib. AZAL-ın kassalarında sözügedən istiqamətdə bilet satışının dayandırıldığı, biletlərin bundan sonra yalnız onlayn formada satılacağı bildirilib.
Bu barədə AZAL-ın sözçüsü Paşa Kəsəmənski "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, sözügedən istiqamətdə biletlərin satışında hər hansı bir dəyişiklik yoxdur: "Hazırda sərnişinlər Bakı-Naxçıvan və əks istiqamətdə olan reysə biletləri, AZAL-ın kassalarından və onlayn qaydada əldə edə bilərlər".
"Bakı-Naxçıvan istiqamətində səyahət edən sərnişinlərə etdiyimiz müraciətdə təklif etmişdik ki, biletləri onlayn formada da ala bilərlər. Bu sadəcə bir təklif idi",- deyə o, bildirib.
"AzPolitika.info"


Şərhlər