Menu

Nazirlikdə yeni müşavir təyin edilib

18.06.2022, 20:00
Nazirlikdə yeni müşavir təyin edilib

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib. Oxu.Az-ın məlumatına görə, Zaur Zeynalov nazirin müşaviri vəzifəsinə təyinat alıb.

Z.Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlamazdan əvvəl yerli və beynəlxalq şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışıb, hüquq və dövlət əlaqələri, ekoloji layihələr və bərpa olunan enerji sahəsində təcrübəyə malikdir.

ETSN-in mətbuat katibi İradə İbrahimova məlumatı saytımıza təsdiq edib.

O qeyd edib ki, Z.Zeynalov 2022-ci ilin iyun ayından nazirin müşaviri vəzifəsinə təyinat alıb: “O, İndiana Universitetində ətraf mühit siyasəti və təbii ehtiyatların idarə edilməsi ixtisası ilə dövlət idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir”.

Şərhlər

dadaşyev 2022-06-19 00:38:04

Lavrentiy Pavloviç Beriya Bağırovun AzÇK-da müavini olub,sonra Gürcüstana gedib,oranın böyüyü olub,Bağırovu da qaldırıb yüksəklərə.Stalin ölən kimi Beriyanı Jukov güllələyib Kremldə ona tələ quraraq,Bağırovu da tutub guya güllələyiblər,əslində isə Sibirdəki bir düşərgəyə aşpaz təyin eliyiblər,78-də ölüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol