Menu

RUSİYADA ORDU KOMANDANI VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI - Ukraynadakı itkilərə görə

18.06.2022, 23:07
RUSİYADA ORDU KOMANDANI VƏZİFƏSİNDƏN KƏNARLAŞDIRILDI -  Ukraynadakı itkilərə görə

Rusiya Hərbi Hava Desantı Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov desantçıların Ukraynadakı böyük itkilərinə görə öz vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, 2014-cü ildə Krımın ələ keçirilməsi əməliyyatına rəhbərlik edən Serdyukov daha sonra Suriyadakı Rusiya hərbi qruplaşmasına da başçılıq edib.

Bu ilin yanvarında o, etirazları yatırmaq üçün Qazaxıstana gətirilən KTMT kontingentinin komandanı olub.

Onun yerinə Mərkəzi Hərbi Dairənin hazırkı qərargah rəisi, əslən Ukraynanın Donetsk vilayətindən olan general-polkovnik Mixail Teplinski təyin edilib.

Şərhlər

Amil 2022-06-19 10:33:07

Bəlkədə canını vəzifəsinə dəyişdi deyərdim.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol