Menu

Deputatların maaşı artırılır

20.06.2022, 20:41
Deputatların maaşı artırılır

Milli Məclisin deputatlarının maaşı artırılır. "Report"un xəbərinə görə, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir.

Hazırki qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alırdı.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar.

Dəyişikliklə isə Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Şərhlər

Oxucu 2022-06-21 10:12:16

Belə çıxır ki,MM-in sədri 10650 manat maaş alacaq? (3550x2+3550=10650)

TT 2022-06-21 05:57:18

Cox cox sevindik ))))

Elçin 2022-06-21 02:37:36

Nə gözəl. Haqq yerini tapdı

Omar 2022-06-21 01:34:30

Deməli 10650 AZN.Neft qalxdıqca,bunların maaşı da qalxır.Sorusmaq ayıb olmasın bundan xalqa nə?Zəqqum yesinlər,xalqı niyə qıcıqlandırırsinız?

dadaşyev 2022-06-21 00:13:25

Neftin qiyməti qalxanda belə əcaibliklər olur,fikir verməyin.AZAL bunların sözünə baxmadı deyə çarəni maaşlarını qaldırmaqda gördülər,ona görə də yığışıb sözü bir yerə qoyub maaşlarını qaldırdılar.Kompensasiya elədilər yəni qiymət artımını özləri üçün.Amma mən bunlara elə bir tək biletlərdə endirim eləyə bilmədikləri üçün və Xəzərin hasarlarını 30 ildə sökə bilmədikləri üçün bir qəpik də verməzdim.Nə iş görürsünüz ki,maaşlarınızı qaldırırsınız?Bəs millətin maaşlarını kimlər qaldırmalıdır?Siz ora yalnız özünüzü hərtərəfli təmin etmək üçün toplanırsınız?Özünüzdən başqa dərdiniz-səriniz yoxdurmu sizin?

Müəllim 2022-06-20 23:30:48

Bəs millət qara camaat ?

Vətəndaş 2022-06-20 21:31:42

Halal olsun dövlətimizə görün xalqını necə sevir

Bax belə 2022-06-20 21:23:33

Millet çox sevindi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol