Menu

Belarus Ukrayna ilə sərhədə 4 minlik qoşun toplayıb

21.06.2022, 15:57
Belarus Ukrayna ilə sərhədə 4 minlik qoşun toplayıb

Belarus Ukrayna ilə sərhədə 4 min hərbçisini yerləşdirib.

APA Ukranews.com-a istinadən xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Aleksandr Motuzyanik deyib.

“Brest və Qomel vilayətlərinin sərhədində 7 taktiki batalyon, təxminən 3,5- 4 minlik şəxsi heyət toplaşıb. Amma orada sayını açıqlamayacağım miqdarda Rusiya qüvvələri də var”, - o deyib.

Nazir Rusiyanın qısa zamanda Belarusa əlavə qüvvə göndərə biləcəyini də qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol