Menu

İraqda Türkiyə hərbçisi şəhid olub

22.06.2022, 09:16
İraqda Türkiyə hərbçisi şəhid olub

İyunun 21-də İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat zonasında Türkiyə Silahlı Qüvvələrinin çavuşu Sercan Baş terrorçuların açdığı atəş nəticəsində şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Şərhlər

Anar Əhmədov 2022-06-22 09:29:24

Allah bütün şəhidlərimizə, o cümlədən şəhid olmuş türk qardaşlarımıza rəhmət eləsin, məkanları cənnət olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol