Menu

"Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır" - İran prezidenti

23.06.2022, 10:01
"Xəzər dənizində başqa ölkələrin təlimlərdə iştirakı qadağandır" - İran prezidenti

Xəzər dənizində (Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Qazaxıstan, Russiya və Türkmənistan) başqa ölkələrin hərbçilərinin təlimlərdə iştirakı qadağandır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

İran prezidenti qeyd edib ki, ABŞ-ın müstəqil ölkələrə tətbiq etdiyi iqtisadi təzyiqlər və sanksiyalarla mübarizənin ən təsiredici yolu İran və Rusiya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsidir.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında müharibənin başlamasında əsas amil ABŞ və NATO-nun vəziyyəti qızışdırmasıdır.

İ.Rəisi bildirib ki, İran Xəzər dənizində başqa ölkələrin hərbi təlimlərdə iştirakının xüsusi ilə İran sahillərində olmasının qadağan olmasını təkidlə vurğulayıb.

Şərhlər

Türk Turan 2022-06-23 11:07:29

Get işinin dalınca! Biz istədiyimiz yerdə, istədiyimiz kimi, istədiyimiz ölkə ilə, istədiyimiz qədər təlim keçirə bilərik. Sən kimsən ki, bizə nəyisə qadağan edəsən? Allah Azzə və Cəllə sizə bol-bol lənət eləsin, türkü qorusun! Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol