Menu

Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb

24.06.2022, 09:00
Avropa İttifaqı Rusiya qazının əvəzedicisini tapıb

Norveç qaz hasilatını və Avropa İttifaqına tədarükünü artıracaq.

“Report”un məlumatına görə, bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Frans Timmermans və Norveçin energetika naziri Terye Oslandın birgə bəyanatında deyilir.

Bu qərar Rusiyadan tədarükün azaldılmasını kompensasiya etmək üçün verilib.

Norveç bu il hasilatı və Aİ-yə qaz tədarükünü 8% artıraraq 122 milyard kubmetrə çatdıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol