Menu

Baydenin təəccüblü şparqalkası qeydə alınıb - Kağız parçasında 9 qayda yazılıb

25.06.2022, 15:23
Baydenin təəccüblü şparqalkası qeydə alınıb - Kağız parçasında 9 qayda yazılıb

Kağızda 9 qayda göstərilib - ABŞ lideri özünün işgüzar görüşlərində onlara əməl etməlidir.

ABŞ Prezidenti Co Bayden külək enerjisi şirkətlərinin rəhbərləri ilə görüş zamanı əlində qeyri-adi məzmunda şparqalka tutub - «The New York Post» tabloidi diqqəti buna yönəldib.

Ağ Evin əməkdaşı tərəfindən Baydenə ötürülmüş vərəqdə göstərişlər verilir - neçə dəqiqə çıxış etmək, kimlərlə danışmaq və hətta harada oturmaq lazım olduğu barədə.

Siyasətçi ona ünvanlanmış göstərişləri fotokameralar qarşısında açıq göstərib. Kağızda 9-dan az olmayan qayda olub ki, ABŞ lideri görüş zamanı onlara əməl etməli imiş.

Jurnalistlər qeyd edirlər ki, Bayden tez-tez şparqalkadan istifadə edir - əvvəllər bu, bəzi «narahatlıqlar» yaradıb.

Ağ Ev çox təlaş keçirir ki, Bayden necə və nə desin ki, sonradan Administrasiyadan nə dəqiqləşdirmə, nə də təkzib tələb etməsinlər.

Xəbər verilir ki, ABŞ Prezidenti Co Bayden yenidən şəbəkə istifadəçilərinin diqqət mərkəzinə gəlib. Bu dəfə müzakirə üçün səbəb video olub ki, orada 78 yaşlı siyasətçi iqlim sammitində (Qlazqo) yuxulayıb.

Bayden həm də «NBC» telekanalına müsahibəsində səhv salıb və Əfqanıstanı əvvəlcə Ukrayna ilə, sonra isə İraqla qarışdırıb - o, 20 ildən sonra Amerika ordusunun Əfqanıstandan nə üçün çıxdığını izah etmək istəyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol