Rusiya ordusunun Ukraynanın Kiyev şəhərinə endirdiyi raket zərbələri nəticəsində yaralananların sayı artıb.
"Report"un Şərqi Avropa bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, xəsarət alanların sayı 5 nəfərə çatıb.
Onlardan biri Rusiya vətəndaşıdır.
***
Rusiya ordusunun Kiyevə hücumları nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib.
APA xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko Telegram səhifəsində məlumat verib.
Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoymasının yeganə səbəbi var Çavuşoğlu Bosniya və Herseqovinada səfərdədir Ursula fon der Layen Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə edəcək Məlumata görə, raketinin düşdüyü evin dağıntıları altında insanlar qalıb.
O bildirib ki, xilasedicilər və həkimlər hadisə yerində işlərini davam etdirirlər. Artıq xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti qənaətbəxşdir.
"Dostlar! Raketin düşdüyü Şevçenkovski rayonunda yaşayış binasında axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında insanlar var. Sakinlərdən bəziləri təxliyə edilib, iki zərərçəkən xəstəxanaya yerləşdirilib” deyə Kliçko bildirib.
O əlavə edib ki, xilasedicilər bir uşağı dağıntılar altından çıxara biliblər:
"Şevçenko rayonunda yaşayış binasının dağıntıları altından yeddi yaşlı qız çıxarılıb. O, sağdır. Hazırda anası xilas edilir".


Şərhlər
Allah,Putinin və ona bənzər adamların bəlasını versin!Zalımlara qarşı Tanrının səbrinin tükənəcəyi vaxt nə zaman gələcək?Amma,deyirlər ki,Allahın verəcəyi cəzanın qarşısını ala biləcək heç nə yoxdur.Qadınlar fahişəliklə,kişilər zalımlıqla bu cəzanın yolunu bağlamağa çalışsalar da nəyəsə nail ola bilmirlər..