Menu

Azərbaycandan Gürcüstana 6 443 970 litr yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb

27.06.2022, 16:58
Azərbaycandan Gürcüstana 6 443 970 litr yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb

Son 6 ay ərzində “Sınıq körpü” və “Laqodexi” gömrük-keçid məntəqələri vasitəsilə Azərbaycandan Gürcüstana 6 443 970 litr yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb. Bildirilib ki, əsasən yük maşını sürücüləri kustar üsullarla hazırlanmış yanacaq çənlərində Gürcüstana qanunsuz yanacaq keçirilməsinə cəhd edirlər. Nazirlik yük maşını sürücülərini qanunsuz əməllərdən çəkinməyə çağırıb.

Qeyd olunub ki, Gürcüstanın gömrük xidməti sərhəd-keçid məntəqələrindən ölkəyə qanunsuz yanacaq idxalının qarşısının alınması ilə bağlı ciddi nəzarət həyata keçirir.

Şərhlər

Ramo 2022-06-27 20:15:01

Siz nə danışırsınız, 6 443 970 lıtr yanacaq maşını 30 000 litrdən edir 215 tanker, yəni benzovoz. (215 sürücü). Belə bir şey ola bilərmi? Bəlkə də Gürcüstanın 4-5 aylıi ehtiyacı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol