Menu

Putinin yaxın adamlarına da sanksiya tətbiq edildi

30.06.2022, 19:40
Putinin yaxın adamlarına da sanksiya tətbiq edildi

Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib. “Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada Rusiya Prezidenti Vladimir Putinin qohumu Anna Tsivilevanın da sanksiyalardan təsirləndiyi bildirilib.

Tsivileva ilə yanaşı Rusiyanın ikinci ən zəngin adamı, Putinin mühüm dəstəkçilərindən olan Vladimir Potaninə də sanksiya tətbiq edilib.

Böyük Britaniyadan verilən açıqlamada, yeni sanksiyaların “Rusiyanın döyüş maşını”nı zəiflətmək məqsədi daşıdığı qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol