Menu

Azərbaycan əsgəri faciəvi şəkildə HƏLAK OLDU - FOTOLAR (Yenilənib)

30.06.2022, 13:28
Azərbaycan əsgəri faciəvi şəkildə HƏLAK OLDU - FOTOLAR (Yenilənib)

Ötən gün Naxçıvandakı hərbi hissələrdən birində faciəvi şəkildə həlak olan əsgər Fazil Məmmədli evin tək oğlu olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ordubad rayonunun Vənənd kəndindən olan Fazilin özündən böyük iki bacısı var və onlar ailə həyatı qurublar.

Bədbəxt hadisə Əlahiddə Ümumqoşun Ordunun tərkibindəki hərbi hissənin tərkibindəki işçi qüvvənin fəaliyyəti zamanı baş verib. Belə ki, 18 yaşlı əsgər Fazil Məmmədli ehtiyatsızlıqdan hərbi yük maşınının altında qalıb və aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.

***

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb.

Bu barədə "Report" hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Hadisə dünən, iyunun 29-da baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi prokurorluqda istintaq aparılır.

Şərhlər

Veteran 2022-06-30 15:10:31

Şair Qabil-dən:
Şəhid sayılmayır?
Gün vuran əsgər,
Şəhid sayılmayır
Don vuran əsgər.
Şəhid sayılmayır –
Qoy hamı bilsin!
Qoy gül balaların
Anası ölsün!
Məgər kef-damaqda
Gün vurdu onu?
Məgər qarlı dağda
Don vurdu onu?
Məgər turist idi,
Nəydi bu uşaq, –
İşi dağı-daşı
Boş-boş dolanmaq?!
Şəhidlik zirvəsi
Qanlı döyüşdə –
Əlbəttə!
Vətən uğrundakı
Şanlı döyüşdə –
Əlbəttə!
Bəs bərkə, bəs boşa
Salan təlimlər
Çevrilib olmalı
Müdhiş zülümlər?
Dözümün həddi var –
İnsan-insandır;
Həddinsə həddini
Aşmaq yamandır.
Əsgər döyüşlərə
Qanadlanmalı, –
Yoxsa gün altında
Bişib yanmalı?..
Əsgəri Vətənə
Verir əmanət
Ata-analar.
Vətən də əsgərə
Versin zəmanət,
Versin iqtidar.
Hər zabit cənab
Qoy versin cavab.
Əsgərə deməyin:
– Vəfat eylədi! –
Onu gün vuranda,
Don vuranda da –
Öz şəhidliyini
İsbat eylədi.
Başına ildırım
Şaxıyanda da,
Üstünə quzğunlar
Şığıyanda da.
Şəhidlik qanunu
Nədən ibarət?
Torpağa, bayrağa,
Xalqa sədaqət!
Adı bir, şəkli min.
Qəhrəmanlığın
Daş-tərəzisimi,
Arşınımı var? –
Deyin! Axı deyin, –
Qəhrəmanlığın?!
Şəhid sayılmayır
Hər ölən əsgər,
Şəhidlik meyarı –
Döyüş və səngər.
Səngərə, döyüşə
Gedən yolları
Əsgər tabutları
Bağlayır axı;
Nakam ömürlərin
Nakam baharı
Vallah, ürəkləri
Dağlayır axı.
Əsgər çayda batır –
Şəhid sayılmır.
Qasırğada itir –
Şəhid sayılmır.
Əsgər özbaşına
Batmayıb axı,
Əsgər özbaşına
İtməyib axı.
Bəs döyüş təlimi
Döyüş deyilmi?
Düşmənin üstünə
Yürüş deyilmi?
Əsgər çimərlikdə
Boğulmayıb ki...
Hərami düzündə,
Murov dağında
Səngərsiz ölməkçin
Doğulmayıb ki...
Əndazə verilir
Köçkün-qaçqına
Bir əsgər təlimdə
Düşür uçquna.
– Şəhid oldu! – demir,
– Öldü! – deyirik.
– Tabutu hörmətlə
Gəldi – deyirik.
Gəldi öz evinə,
Öz ünvanına.
Ananın cırılır
Siri-sifəti,
Atanın qolları
Düşür yanına.
Ay ananız ölsün,
Adsız igidlər!
Dad-ləzzət görməyən
Sütülcə əsgər.
Hələ də titrəyir
Daşkəsəndəki
Əsgərlər gömülən
Torpağın təki...
Bəlkə lap hələ də
Uşaqlar diri, –
Şəhid sayılmayır
Fəqət heç biri.
Şəhid sayılmayır
Hər ölən əsgər, –
Vətən çağrışına
Hər gələn əsgər.

Veten dashi 2022-06-30 13:46:25

Allah rəhmət etsin.Valideyn ücün nəslinin yeganə oğul davamçısını itirmək ikiqat böyük fəlakətdi.İndi təəsüf ki ailə planlaşması maddi vəziyyətlə əlaqəli ya iki oğlan ya da bir oğlan bir qız.Müharibə dövründə oğul övladsız qalan necə ANA ,ATA qaldı.Məncə dövlətimiz artıq bu barədə düşünməli üçüncü və dördüncü uşağın doğulmasi stimullaşdirilmalidir.Uşaq pulu məsələsinin bu qədər gecikdirilməsi milli cinayətdir.

Veteran 2022-06-30 13:45:04

Şair Qabil-dən:
Şəhid sayılmayır?
Gün vuran əsgər,
Şəhid sayılmayır
Don vuran əsgər.
Şəhid sayılmayır –
Qoy hamı bilsin!
Qoy gül balaların
Anası ölsün!
Məgər kef-damaqda
Gün vurdu onu?
Məgər qarlı dağda
Don vurdu onu?
Məgər turist idi,
Nəydi bu uşaq, –
İşi dağı-daşı
Boş-boş dolanmaq?!
Şəhidlik zirvəsi
Qanlı döyüşdə –
Əlbəttə!
Vətən uğrundakı
Şanlı döyüşdə –
Əlbəttə!
Bəs bərkə, bəs boşa
Salan təlimlər
Çevrilib olmalı
Müdhiş zülümlər?
Dözümün həddi var –
İnsan-insandır;
Həddinsə həddini
Aşmaq yamandır.
Əsgər döyüşlərə
Qanadlanmalı, –
Yoxsa gün altında
Bişib yanmalı?..
Əsgəri Vətənə
Verir əmanət
Ata-analar.
Vətən də əsgərə
Versin zəmanət,
Versin iqtidar.
Hər zabit cənab
Qoy versin cavab.
Əsgərə deməyin:
– Vəfat eylədi! –
Onu gün vuranda,
Don vuranda da –
Öz şəhidliyini
İsbat eylədi.
Başına ildırım
Şaxıyanda da,
Üstünə quzğunlar
Şığıyanda da.
Şəhidlik qanunu
Nədən ibarət?
Torpağa, bayrağa,
Xalqa sədaqət!
Adı bir, şəkli min.
Qəhrəmanlığın
Daş-tərəzisimi,
Arşınımı var? –
Deyin! Axı deyin, –
Qəhrəmanlığın?!
Şəhid sayılmayır
Hər ölən əsgər,
Şəhidlik meyarı –
Döyüş və səngər.
Səngərə, döyüşə
Gedən yolları
Əsgər tabutları
Bağlayır axı;
Nakam ömürlərin
Nakam baharı
Vallah, ürəkləri
Dağlayır axı.
Əsgər çayda batır –
Şəhid sayılmır.
Qasırğada itir –
Şəhid sayılmır.
Əsgər özbaşına
Batmayıb axı,
Əsgər özbaşına
İtməyib axı.
Bəs döyüş təlimi
Döyüş deyilmi?
Düşmənin üstünə
Yürüş deyilmi?
Əsgər çimərlikdə
Boğulmayıb ki...
Hərami düzündə,
Murov dağında
Səngərsiz ölməkçin
Doğulmayıb ki...
Əndazə verilir
Köçkün-qaçqına
Bir əsgər təlimdə
Düşür uçquna.
– Şəhid oldu! – demir,
– Öldü! – deyirik.
– Tabutu hörmətlə
Gəldi – deyirik.
Gəldi öz evinə,
Öz ünvanına.
Ananın cırılır
Siri-sifəti,
Atanın qolları
Düşür yanına.
Ay ananız ölsün,
Adsız igidlər!
Dad-ləzzət görməyən
Sütülcə əsgər.
Hələ də titrəyir
Daşkəsəndəki
Əsgərlər gömülən
Torpağın təki...
Bəlkə lap hələ də
Uşaqlar diri, –
Şəhid sayılmayır
Fəqət heç biri.
Şəhid sayılmayır
Hər ölən əsgər, –
Vətən çağrışına
Hər gələn əsgər.

t.ədalət 2022-06-30 13:17:10

Əsgəri qorumaq,hərbi texnikanı ona öyrətmək komandirin borcudur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol