Menu

Ukrayna qüvvələri "Vaqner" qrupunu belə məhv etdi - VİDEO

30.06.2022, 20:18
Ukrayna qüvvələri "Vaqner" qrupunu belə məhv etdi - VİDEO

İyunun 26-da Ukraynanın xüsusi əməliyyat qüvvələrinin "Lukas" qrupu pusqu quraraq Rusiyanın "Vaqner" silahlı qruplaşmasının 5 muzdlusunu məhv edib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə tanınmış ukraynalı hərbi bloqer Yuri Butusov "Facebook"da paylaşım edib.

Onun yazdığına görə, ukraynalı qrup qəfil hücum edərək düşmənin arxasına keçib və BTR-82A döyüş maşınını, onların silahlarını və məxfi sənədləri ələ keçirib.

Məlum olub ki, qrupa komandirlik edən şəxs 1996-cı il təvəllüdlü Sverdovsk rayonunun İrbit şəhər sakini Danil Levanoviç Dopuadır.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol