Menu

Goranboyun DYP rəisi vəzifəsindən azad edilib

30.06.2022, 22:01
Goranboyun DYP rəisi vəzifəsindən azad edilib

Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYP) rəisi vəzifəsindən azad edilib. "Report"un Qərb bürosunun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən DYP rəisi Emin Musayev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Bərdə rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Musayev bir vaxtlar Gəncə şəhərinin rəisi olmuş, mərhum Rasim Musayevin qardaşı oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol