Xalq artistini erotik videolarla şantaj etdilər - FOTOLAR (Yenilənib)

Xalq artisti Kazım Abdullayev onu intim videolarla şantaj edən şəxsdən danışıb. 

Oxu.Az-a açıqlama verən K.Abdullayev mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin şəxsin ondan əl çəkdiyini qeyd edib: “Mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bu mövzu ilə bağlı paylaşım etdikdən sonra həmin adam mənə yazdı ki, daha mənim sizlə işim yoxdur. Sözlərini geri götürüb, qaçıb getdi. Tanımıram, kim olduğunu da bilmirəm”.

Aktyor sözügedən görüntülərin montaj olduğunu vurğulayıb: “İndiki zamanda yalandan video düzəltməyə nə var ki? İndi adamsız kino çəkirlər. Montaj olunmuş bir video idi. Mən bu mövzu ilə bağlı paylaşım etməsəydim, onlar məndən əl çəkməyəcəkdilər, evimi də satdıracaqdılar. 73 yaşım var, mən montaj olunmuş videolar ilə biabır olmaq istəmirəm”.

Xalq artisti son olaraq media qurumlarından bu mövzu ilə bağlı onu narahat etməmələrini xahiş edib.

***

Xalq artisti Kazım Abdullayev şantajla hədələnib.Bu barədə aktyor sosial şəbəkə hesabında məlumat paylaşıb.

K.Abdullayev erotik videolarla şantaj edildiyini bildirib: “Məndən pul tələb edirlər! Bu nə mənim yaşıma, nə də statusuma yaraşan bir işdir! Hamınız məni gözəl tanıyırsınız. Bu ağır vaxtımda, qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər. Əgər pul verməsəm, dostlarıma videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən sosial şəbəkə hesablarımı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm, bu işdə mənə yardım etsinlər”.

635x100

Şərhlər

dadaşyev 2022-07-01 22:22:18

Diqqətlə oxudum,kəsinliklə deyərəm ki,bunu yazan türk deyil,Azərbaycan insanıdır. Məsəla,“Sende olmayacak para da bende mi olacak?” ilk baxışda keçərli sayıla bilər,amma “para” sözündən sonra “da” gərəksizdir,danışığını türk ağzına bənzədənlər belə gərəksiz əlavələr edir,daha düzgün belə deyərdi türk:”Səndə para olmayacak da bende mi olacak?” Və ya “Para sende olmayacak da ben de mi olacak?” Bu iki halda “da” tamamən yerində işlənərdi.Sonra deyir ki “Bak sen bana iyilik yaparsın ben de sana iyilik yaparım”.Burada “yaparsın”la şərt qoyur,o zaman türk “yaparsın” deməz,”yaparsan”deyər.Yəni yaparsansa,yapacaq olarsansa.Həm də bu yazışma qadın yazışmasıdır deyərdim,çünki konkretlik yox,hiss-həyəcan ön plandadı.Yəni qısacası,bunu yazan Türkiyəyə gediş-gəlişi olan və üzü üzlər görmüş bizim qadınlardan birisidir.Və yaxın ətrafdan,qonum-qonşudan,qohum-əqrəbadan ,iş yoldaşlarından çıxarsa heç təəccüblənmərəm.

Son yazılar